CNC və Plotter kəsim

CNC emalı nədir? CNC emalı necə işləyir və istifadə olunan istehsal proseslərində hansı materiallardan istifadə edilə bilər?

CNC (Komputer ədədi nəzarət) emalı,kompüterləşdirilmiş idarəetmə vasitəsi ilə material üzərində xüsusi formalı dizaynlar yaratmağı özündə cəmləşdirən bir prosesdir.CNC dəzgahları, metal (alkopan, alminium), plastik (3, 5, 10, 20mm- lik orgsteklolar/ forexlər), köpük, mdf və s.də daxil olmaqla müxtəlif materiallardan müxtəlif məhsulların kəsimi üçün istifadə edirik. Həmçinin Frezləmə dediyimiz bir prosedur da var ki, bu zaman biz materialların içi tam oyulmadan kəsirik.

Plotter kəsim isə vinillərin (rəngli, ağ, arxası qara, reflektorlu) kəsimləri üçün istifadə edilir. Bütün dəzgahlarımız vaxtlı vaxtında yoxlanışdan keçir və mütəmadi olaraq kəsim bıçaqları yenilənir.