İşıqlı/İşıqsız reklamlar
İşıqlı və işıqsız reklamlar
Reklam sektorunda işıqlı və işıqsız reklamlar mühüm əhəmiyyət kəsb edir. Və müxtəlif növləri mövcuddur.
Bazarda ən çox rastalanan İşıqlı baner karkas və işıqlı alkopan oyma karkaslardır. Prosedur əssasən bu formada icra olunur : dizayn hazırlanır, baner üzərinə çap olunur, daha sonra arxa hissə üçün profillərdən karkas çərçivə yığılır – bu əsasən sadə, diktli və işıqlı formalarda təklif olunur. Daha sonra isə həmin baner bu çərçivənin üzərinə gərilir və montaja göndərilir. Qiymətlər əsasən 1kv üçün hesablanır və ölçü-formaya görə minimal 35 azndən başlayır.
Alkopan oyma karkaslarda isə, alkopanın içi CNC aparatında oyulur və daha sonra proifl karkas yığılır, işıqlar isə iç tərəfdən yapışdırılır, üzərinə orgsteklo yerləşdirilir və daha sonra oyulan alkopan qoyulur.